• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Suriya İraqla sərhədə əlavə qüvvələr göndərir

DÜNYA

19 Aprel 2025 | 10:00

Suriya İraqla sərhədə əlavə qüvvələr göndərir

Suriyanın keçid hökuməti İraqla sərhəd bölgələrdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı tədbirlər görüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Syria TV” yayıb. 

Bildirilib ki, tədbirlərin görülməsi sözügedən ərazilərdə silahlı birləşmələrin fəallığının artması ilə əlaqədardır. 

“Şənbə günü nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi Abu Kemal şəhərinə Dəməşqdən hərbi qüvvələr göndərilb. Onlara Deyr-ez-Zor vilayətində şərq sərhədinin bir neçə məntəqəsini nəzarət altına almaqla bağlı göstəriş verilib”, - deyə məlumatda qeyd olunub.

Göndərilən qüvvələrin sayı isə açıqlanmayıb.


SON XƏBƏRLƏR