• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır

CƏMİYYƏT

19 Aprel 2025 | 11:55

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər.

Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da müəyyənləşdirir. Bu sistem aşağıdakıları təmin etməlidir:

- Maliyyə hesabatlarının elektron imza ilə elektron qaydada təqdim olunması;

- Beynəlxalq mühasibat standartlarının Azərbaycan dilində rəsmi mətnlərinə, müvafiq hüquqi aktların elektron versiyalarına, mühasibat proqram təminatlarına və maarifləndirici materiallara çıxış.


SON XƏBƏRLƏR