• Bakı 22° C

    5.14 m/s

İran və ABŞ arasında danışıqlar başa çatdı - YENİLƏNİB

DÜNYA

19 Aprel 2025 | 18:25 | Müəllif: Subhan Mahmudov

İran və ABŞ arasında danışıqlar başa çatdı - YENİLƏNİB

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə, hər iki tərəf gələn həftə danışıqların üçüncü raundunun keçirilməsi barədə razılığa gəlib.

***

13:49

Romada İran-ABŞ danışıqlarının ikinci raundu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026