• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

İtlər üçün fitness mərkəzi tikiləcək

DÜNYA

19 May 2025 | 16:17

İtlər üçün fitness mərkəzi tikiləcək

Çində itlər üçün ilk xüsusi fitnes mərkəzi fəaliyyətə başlayır.

Bakıvaxtı.az bu barədə “South China Morning Post”a istinadla xəbər verir.

Məlumata görə, Şanxay şəhərində açılacaq bu mərkəz “Gogogym” adlanır və heyvan sağlamlığı üzrə ixtisaslaşmış Sinqapurun “Heal Petcare” brendi tərəfindən yaradılıb.

Yeni fitnes kompleksi yalnız fiziki məşqlə kifayətlənmir, burada itlər üçün sağlamlıq proqramları da təklif olunur. Mərkəzdə qaçış yolları, reabilitasiya və spa zonaları, masaj otaqları, eləcə də ev heyvanlarına aid məhsulların satıldığı mağaza fəaliyyət göstərəcək.

Mərkəz əməkdaşlarının sözlərinə görə, əsas məqsəd ev heyvanlarının sağlamlığını qorumaq, fiziki aktivliyi artırmaq, və zədə hallarında reabilitasiya imkanları yaratmaqdır. Sosial şəbəkələrdə və ictimaiyyətdə böyük maraq doğuran bu mərkəz, həm də Çin cəmiyyətində heyvanlara münasibətin dəyişdiyini və onların rifahına artan diqqəti əks etdirir.

Cansu Məmmədli

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR