• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Xameneidən SƏRT MESAJ: "ABŞ İranla hərbi münaqişəyə girərsə..."

DÜNYA

18 Iyun 2025 | 15:26

Xameneidən SƏRT MESAJ: ABŞ İranla hərbi münaqişəyə girərsə...

İranın ali lideri ayətullah Əli Xamenei ABŞ-ı İsrailin İslam Respublikasına qarşı təcavüzünə qoşulacağı təqdirdə bərpası mümkün olmayan nəticələrlə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, o, xalqa müraciətində deyib:

“İranı, iran xalqını və onun tarixini tanıyan ağıllı insanlar bu millətlə heç vaxt hədələyici dildə danışmazlar. Çünki iran xalqı təslim olmayacaq və amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi şübhəsiz ki, bərpaolunmaz ziyan vuracaq”.

Qeyd olunub ki, İranın ali lideri bu fikirləri ABŞ prezidenti Donald Trampın bəyanatlarını şərh edərkən deyib. Bundan əvvəl o, Tehrandan “dərhal təslim olmağı” tələb edib.


SON XƏBƏRLƏR