İranın SNN telekanalı ölkənin ali lideri Əli Xaməneinin köhnə müraciətini yayımlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
O, çıxışında İranın öz ərazisinə edilən hücuma etinasız yanaşmayacağını bildirib.
"SNN əvvəlcədən bunun iyunun 13-dəki çıxış olduğunu qeyd etməyib. Bir müddətdən sonra yayımı dayandırıb", - “RİA Novosti”nin məlumatında vurğulanıb.
***
14:22
Tehran öz ərazisinə hücuma etinasız yanaşmayacaq, ölkənin Silahlı Qüvvələri hazırlıq vəziyyətindədir.
Bakıvaxtı.az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Əli Xamənei xalqa müraciətində bildirib.
***
13:53
İranın ali lideri ayətullah Əli Xamenei yaxın vaxtda xalqa müraciət edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS ölkə rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Ali rəhbərin İran xalqına televiziya müraciəti bir neçə dəqiqə sonra yayımlanacaq", - məlumatda vurğulanıb.