• Bakı 16° C

    11.27 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Yeni Roma Papasının müsəlmanlara münasibəti

DÜNYA

19 May 2025 | 16:16

Yeni Roma Papasının müsəlmanlara münasibəti

Papa Fransiskin vəfatından sonra mayın 7-də Vatikanın qəlbi hesab edilən Sikstin Kapellasında növbəti Roma Papasının kim olacağına qərar veriləcək konklav keçirilib. Konklavda kardinal Robert Frensis Prevo Roma Papası seçilib. O ilk amerikan əsilli roma papasıdır.

Yeni papa ötən gün and içərək vəzifəsinə başlayıb. bütün katoliklərin mənəvi, ruhani lideri XIV Leonun müsəlmanlara münasibəti məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, o müsəlmanlar barədə bunları deyib:

"Katolik Kilsəsi ilə müsəlmanlar arasında münasibətlər dialoqa və qardaşlığa artan sadiqlik ilə səciyələnir və “Bir olan, mərhəmətli və qüdrətli, göylərin və yerin Yaradanı, bəşəriyyətlə danışan” Allaha ibadət edən bu qardaş və bacılarımıza olan ehtiramla dəstəklənir. Qarşılıqlı hörmət və vicdan azadlığına əsaslanan bu yanaşma icmalarımız arasında körpülərin qurulması üçün möhkəm təməldir".


SON XƏBƏRLƏR