• Bakı 30° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Beynəlxalq axtarışda olanlar saxlanıldı

DÜNYA

19 Aprel 2025 | 09:28

Beynəlxalq axtarışda olanlar saxlanıldı

Beynəlxalq axtarışda olan şəxslər tutularaq Türkiyəyə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O, öz sosial şəbəkəsində İnterpol-Europol Daire Başkanlığı və Artvin İl Emniyyət Müdürlüğünün birgə keçirdiyi əməliyyat nəticəsində, beynəlxalq axtarışda olan Ç.K. və R.Ö.Y. ilə milli səviyyədə axtarışda olan E.Ç.-nin Gürcüstanda saxlanıldığını və Sarp Sərhəd Qapısından Türkiyəyə təhvil verildiyini açıqlayıb.

Ç.K. "dələduzluq", R.Ö.Y. isə "özünü dövlət məmuru və ya maliyyə qurumu əməkdaşı kimi təqdim edərək dələduzluq" ittihamları ilə qırmızı bültenlə axtarılırdı. E.Ç. isə "bank və ya kredit qurumlarından istifadə etməklə dələduzluq" cinayətinə görə milli axtarışda idi.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

25 Iyul 2025