"Siz - Ukrayna NATO-nun bir hissəsi olmayacaqsınız".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması məsələsi ümumiyyətlə müzakirə olunmur.
“Biz bunu tam aydın şəkildə ifadə etmişik, NATO məsələsi müzakirə predmeti deyil. Siz - Ukrayna NATO-nun bir hissəsi olmayacaqsınız. Bu fikir yeni deyil. Biz bunu 2008-ci ildən bəri deyirik. Həmin vaxt ABŞ-nin Rusiyadakı sabiq səfiri Uilyam Börns Dövlət katibi Kondoliza Raysa bu məqsədin əlçatmaz olduğunu bildirmişdi”, - Kelloq vurğulayıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp da qeyd edib ki, Volodimir Zelenskinin arzusuna baxmayaraq, Ukraynanın NATO-ya daxil olması heç vaxt baş verməyəcək.