• Bakı C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Yüzlərlə hərbçi mənzillə təmin olunacaq

CƏMİYYƏT

12 Dekabr 2025 | 23:20

Yüzlərlə hərbçi mənzillə təmin olunacaq

Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçu tam təmirli mənzillərlə təmin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər dövlət vəsaiti hesabına 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.


SON XƏBƏRLƏR

12 Dekabr 2025