• Bakı C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz

CƏMİYYƏT

13 Dekabr 2025 | 00:11

Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim - Osman Gündüz

"Yarım il öncə imtahan fırıldağı ilə bağlı yazanda diqqəti DTX və DİM-in bu unikal texnoloji cinayətin izinə düşməsinə, klassik üsullarla yox, müasir analitika və ehtimal ki, süni intellekt alətləri ilə bu cinayət modelin ifşa olunmasına yönəltmişdim. Açığı, o zaman prosesdə ictimai etimad faktorunun, xüsusilə də tanınmış bir təhsil eksperti Kamran Əsədovun bu işin içində olmasının ortaya çıxacağını ağlıma belə gətirməzdim".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. 

"Məhz buna görə də həmin vaxt cəmiyyətin diqqətini texnoloji potensialı olan gənclərin fırıldaq və cinayətə yox, ölkənin inkişafına və innovasiyalara yönəldilməsinin vacibliyinə çəkməyə çalışmışdım.

Hadisələr isə göstərdi ki, innovativ cinayətlər təkcə texnika-texnologiya ilə yox, etimad və reputasiya üzərindən də qurula bilir.

Ümid edirəm ki, bu iş üzrə obyektiv araşdırma aparılacaq və ədalətli məhkəmə qərarı veriləcək", - deyə o qeyd edib. 


SON XƏBƏRLƏR

12 Dekabr 2025