Qazaxıstanın Karaqanda vilayətinin Şetski rayonunun Moyıntı kəndindəki kafedə qaz balonunun partlaması zamanı baş verən yanğın nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Dəqiqləşdirilmiş məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, xəsarət alan 11 şəxs tibbi yardım üçün rayon xəstəxanasına aparılıb", - açıqlamada deyilir.
Xilasedicilər 300 kvadratmetr sahəni əhatə edən yanğını tamamilə söndürüblər.
Fövqəladə Hallar Nazirliyinin ilkin araşdırmasına görə, qaz balonu təhlükəsizlik qaydalarının pozulması səbəbindən partlayıb.
Bakı 



