• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nərgiz Məhəmmədi yenidən saxlanıldı

CƏMİYYƏT

13 Dekabr 2025 | 11:46 | Müəllif: Zeynəb Rzayeva

Nərgiz Məhəmmədi yenidən saxlanıldı

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədinin fondu “X” sosial şəbəkəsində məlumat yayıb. 

Onun İranda hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanıldığı bildirilir. 

Nərgiz Məhəmmədidən başqa Məşhəd şəhərində daha bir neçə fəal da saxlanılıb. Onların saxlanılma səbəbi açıqlanmır. İran hakimiyyəti isə xəbərləri şərh etməyib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bunun 10 ilini həbsxanada çəkib. 2024-cü ilin dekabrında ona səhhətinə görə 21 günlük məzuniyyət verilib, sonra bu müddət daha altı ay uzadılıb.

O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026