• Bakı 11° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

CƏMİYYƏT

13 Dekabr 2025 | 13:01

Rusiyada Honkonq qripindən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib.

"Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər, ürək-damar və endokrin xəstəliklərdən əziyyət çəkən insanlarda olur", - deyə akademik bildirib.

O qeyd edib ki, "Honkonq qripi"nin yayılması əhali arasında təşvişə səbəb olmamalıdır: "Bu infeksiyanın real təhlükə yaratdığı bir qrup insan var. Xəstəliyin yayılması epidemioloqlar tərəfindən gözlənilən və proqnozlaşdırılan idi. Lakin əsas risk hər kəs üçün deyil, ağır xroniki xəstəlikləri olan müəyyən kateqoriyalı insanlara aiddir".


SON XƏBƏRLƏR

12 Dekabr 2025