"İranın nüvə proqramı ilə bağlı bütün məsələlər diplomatik yolla həll olunmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “IRNA” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya İran və ABŞ arasında danışıqların başlanmasını alqışlayır və Tehranın nüvə proqramı ilə bağlı bütün məsələlərin siyasi-diplomatik yolla həllini dəstəkləyir:
“Biz əminik ki, İranın nüvə proqramı və Hərtərəfli Birgə Fəaliyyət Planı ilə (JCPOA) bağlı bütün məsələlər yalnız siyasi və diplomatik vasitələrlə həll edilməlidir”, - Peskov qeyd edib.