• Bakı 23° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

"Traktor"un qələbəsi Türkiyədə də qeyd olundu- FOTOLOR

DÜNYA

19 May 2025 | 15:10

Traktorun qələbəsi Türkiyədə də qeyd olundu- FOTOLOR

Türkiyənin Antalya şəhərində Güney Azərbaycanın milli dirəniş simvolu olan “Traktor futbol komandasının çempionluğu münasibətilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Türk Ocağı Parkında baş tutan mərasimdə Antalyada yaşayan türk dünyasından tələbələr iştirak edib.

Tədbirdə milli musiqilər, eləcə də Azərbaycan şeirləri səsləndirilib, Azərbaycan rəqsləri nümayiş olunub. İştirakçılar “Traktor”a olan sevgilərini bayraqlar və şüarlarla ifadə ediblər.

“Traktor”un bu qələbəsi bir futbol uğurundan daha çox, Güney Azərbaycanın milli qürur və azadlıq arzusu kimi qeyd olunub.

Qeyd edək ki, Təbrizin “Traktor” futbol klubu 2024–2025 mövsümündə İranın yüksək liqası olan Persian Gulf Pro League-də ilk dəfə çempionluq qazanıb. Klubun 55 illik tarixində bu, ən yüksək liqa səviyyəsində əldə etdiyi ilk çempionluqdur.


SON XƏBƏRLƏR