• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

“İsrailin İrana hücumunu yaxından izləyirik" - Ərdoğan

DÜNYA

18 Iyun 2025 | 14:00

“İsrailin İrana hücumunu yaxından izləyirik - Ərdoğan

Türkiyə İsrailin İrana hücumlarının dayandırılması üçün əlindən gələni edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) TBMM qrup toplantısında danışıb.

O qeyd edib ki, Türkiyə bu istiqamətdə səy göstərməyə davam edəcək:

“İsrailin İrana hücumunu yaxından izləyirik. Bu hücumların Türkiyəyə təsirləri mövzusunda bütün qurumlarımız çalışır, lazımi hazırlıqlarını görüblər. Biz dünyanın ən güclü ölkələrindən birini - Türkiyə Cümhuriyyətini idarə edirik".


SON XƏBƏRLƏR