• Bakı 12° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Quba-Qonaqkənd yolu açılıb, qaya parçaları ərazidən götürülür – FOTO- VİDEO - YENİLƏNİB

HADİSƏ

19 Aprel 2025 | 13:16

Quba-Qonaqkənd yolu açılıb, qaya parçaları ərazidən götürülür – FOTO- VİDEO - YENİLƏNİB

Qaya parçası düşməsi nəticəsində bağlanan Quba-Qonaqkənd yolunda hərəkət bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə ağır texnikalar gətirilib, qaya parçası doğranaraq ərazidən götürülüb.

Yolda hərəkət qismən bərpa edilib. Hazırda yolun hərəkət hissəsində qalan qaya parçalarının da kənarlaşdırılması istiqamətində işlər görülür.

***

10:27

Qubada qaya parçaları yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.

 

 


SON XƏBƏRLƏR