• Bakı 17° C

    16.93 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlandı

HADİSƏ

19 May 2025 | 10:55

Azad edilmiş ərazilərdə daha 59 mina, 377 PHS aşkarlandı

Azad olunan ərazilərdə mayın 12-dən 18-nə qədər 23 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 377 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1291.8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


SON XƏBƏRLƏR