• Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Türkiyədə 5 min ədəd saxta avro sikkəsi aşkarlanıb

DÜNYA

19 Aprel 2025 | 19:52

Türkiyədə 5 min ədəd saxta avro sikkəsi aşkarlanıb

Türkiyənin Mersin şəhərində polis turistlərə ödəniş məqsədilə istifadə olunmaq üçün nəzərdə tutulmuş 5 min ədəd 2 avroluq saxta sikkə ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Mersin Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbələri tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Polis əməkdaşları şübhəlilərin fəaliyyət göstərdiyi ünvanda müşahidə apararaq əməliyyat keçirib. Əməliyyat zamanı lentə bükülmüş saxta pulların olduğu 5 ədəd qara çanta müsadirə edilib. Saxlanılan şəxslərdən üçünün daha əvvəl soyğunçuluq və dələduzluq kimi cinayətlərə görə axtarışda olduğu müəyyən edilib.

Dindirilmə zamanı məlum olub ki, saxta sikkələr turizm mövsümünün əvvəlində turistlərə ödəniş vasitəsi kimi istifadə olunmaq üçün hazırlanıb və İstanbuldan Mersinə gətirilib.


SON XƏBƏRLƏR

06 May 2025