• Bakı 15° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Gerasimov: Rusiya ordusu Kursk vilayətinin 99,5 %-ni azad edib

DÜNYA

19 Aprel 2025 | 18:43

Gerasimov: Rusiya ordusu Kursk vilayətinin 99,5 %-ni azad edib

"Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə “Şimal” qoşun qruplaşmasının Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları apardığını, ərazinin əsas hissəsinin azad edildiyini məruzə edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini Rusiya lideri ilə görüşü zamanı bildirib.

“Şimal” qoşun qruplaşması Ukrayna silahlı qüvvələrinin müdaxilə etdiyi Kursk vilayətinin rayonlarının azad edilməsi üçün hücum əməliyyatları aparır. Müdaxilə edilmiş vilayət ərazisinin əsas hissəsi – 1 260 kv. km, yəni 99,5 %-i hazırda azad edilib. Döyüş əməliyyatlarının getdiyi iki sahə qalıb. Bu, Oleşnya və Qornal yaşayış məntəqələri ərazisidir. Onlar birbaşa Ukrayna ilə sərhəddə yerləşir”, – Gerasimov deyib.


SON XƏBƏRLƏR

19 Aprel 2025