• Bakı 14° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bulvarda dənizdə meyit tapıldı

HADİSƏ

19 Aprel 2025 | 19:47 | Müəllif: Gülşən Şərif

Bulvarda dənizdə meyit tapıldı

 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR