Hazırda Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilir.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında Rusiya prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etmək qərarını şərh edərkən bildirib.
O yazıb: “Putinin insanların həyatı ilə oynamaq cəhdi ilə bağlı deyim ki, hazırda Ukraynada hava hücumu həyəcanı var”.
Şənbə günü, aprelin 19-da Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Pasxa atəşkəsi elan edib . Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracaq.