• Bakı C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Zelim Kotsoyev: "Yeni medal alacağıma ümid edirəm"

İDMAN

22 Yanvar 2025 | 16:21

Zelim Kotsoyev: Yeni medal alacağıma ümid edirəm

"Artıq Milli Olimpiya Komitəsi ilə əlaqə saxlamışam. Hər hansı bir şəkildə kömək etmələrini istəyirəm. Yeni medal alacağıma ümid edirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) deyib.

O, medalın keyfiyyətinin nəzərəçarpan dərəcədə pisləşdiyini vurğulayıb: "Bacardığım qədər ona qulluq etməyə çalışıram. Onu qutuda saxlayıram və lazımsız yerə çıxarmıram. Olimpiadadan sonra müxtəlif tədbirlərə özümlə apardım, amma bunu çox diqqətlə etdim. Bununla belə, medalın rəngi solur və ipi qopub. Medal cızılmış görünür və boya soyulur. Çox kədərlidir, çünki medal mənim üçün həyat hekayəsidir, məndən sonra gələnlər üçün vacib xatirə və rəmzdir. Çox istərdim ki, onu orijinal halında qoruyum. Mümkünsə, onu bərpa etməyə çalışacağam".

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Heydərov və Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.


SON XƏBƏRLƏR