• Bakı C

    9.08 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Millimiz “Strandja” turnirində mübarizə aparacaq

İDMAN

21 Fevral 2025 | 16:21

Millimiz “Strandja” turnirində mübarizə aparacaq

Fevralın 24-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürəcək.

Bakıvaxtı.az bu barədə Azərbaycan Boks Federasiyasından məlumat əldə edib.

Belə ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov, Yadigar Əliyev (hər ikisi 51 kq), Amin Məmmədzadə (54 kq), Zəlimxan Süleymanov (57 kq), Maqsud Xasmetov (60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, Zaur Qəhrəmanov (hər ikisi 67 kq), Sərxan Əliyev, Nicat Həsənov (hər ikisi 71 kq), Rasim Çobanlı, Mirşərif Kazımzadə (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.

Turnirdə ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Qeyd edək ki, yarışın püşkü fevralın 23-də atılacaq.


SON XƏBƏRLƏR

21 Fevral 2025