• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Cüdoçularımız Tbilisidə medalsız qaldı

İDMAN

23 Mart 2025 | 14:24

Cüdoçularımız Tbilisidə medalsız qaldı

 Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində cüdo üzrə Azərbaycan milli komandası çıxışlarını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, 8 çəki dərəcəsində yarışan 11 cüdoçunun (7 kişi, 4 qadın) heç biri medal qazana bilməyib.

Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni 66 kq-da mübarizə aparan Rəşad Yelkiyev göstərib. O, 5-ci yeri tutub.

Qadın cüdoçulardan isə 52 kq-da Aydan Vəliyeva 7-ci olub.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində yarışmalı olan Hüseyn Allahyarov zədə səbəbindən Böyük Dəbilqə turnirini buraxmalı olub.


SON XƏBƏRLƏR

23 Aprel 2025