• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Bu ərazilərdə elektrik enerjisi KƏSİLƏCƏK

İDMAN

22 Aprel 2025 | 09:18

Bu ərazilərdə elektrik enerjisi KƏSİLƏCƏK

Bu gün Lənkəran, Masallı və Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bundan başqa, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma işləri və yeni güc mənbəyinin quraşdrılması ilə əlaqədar bu gün bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR