• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Tottenhem" Avropa Liqasının QALİBİ OLDU

İDMAN

22 May 2025 | 01:15 | Müəllif: Subhan Mahmudov

"Tottenhem" Avropa Liqasının QALİBİ OLDU

UEFA Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, final oyununda İngiltərə təmsilçiləri – “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb. İspaniyanın Bilbao şəhərində reallaşan görüş "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da London klubu turnirin qalibi adını qazanıb.

Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.

Matçı almaniyalı referi Feliks Zoyer idarə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026