• Bakı 23° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Həbiblə İslam “Qarabağ”ın bazasında - FOTOLAR - YENİLƏNİB

İDMAN

20 Iyun 2025 | 14:10

Həbiblə İslam “Qarabağ”ın bazasında - FOTOLAR - YENİLƏNİB

İlk dəfə Azərbaycanda keçiriləcək UFC döyüş gecəsinin fəxri qonaqları “Qarabağ”ın bazasında olublar.

Bu barədə Bakıvaxtı.az-a klubdan bildirilib.

Məlumata görə, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gələn, çəkisindən asılı olmayaraq ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçev, eyni kateqoriyada Bellatorun məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov komandanı ziyarət ediblər.

Qonaqları klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.

Döyüşçülər komandanın bazası ilə də tanış olub, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar. Qonaqlara klubun formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl “Qarabağ”ın qonağı olub.

***

12:07

Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak etmək üçün Azərbaycana gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb.

H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.

Qeyd edək ki, iyunun 21-də baş tutacaq turnirdə Azərbaycanı Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcək.


SON XƏBƏRLƏR