• Bakı 26° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Real" futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

İDMAN

20 Iyul 2025 | 10:49

Real futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

İspaniya təmsilçisi "Real" (Madrid) yaxın müddətdə futbolçusu Reyniyer Jesusla yollarını ayıracaq.

Bakıvaxtı.az "AS" nəşrinə istinadən xəbər verir ki, klub 23 yaşlı vingeri bu yay sata bilməsə, müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.

Braziliyalı oyunçu "Kral klubu"na 2020-ci ildə transfer olunub. Lakin o gəldiyi gündən bəri "Real"da heç bir oyun keçirməyib. 5 il ərzində müxtəlif klublarda icarə əsasında çıxış edən Reyniyerin madridlilərlə müqaviləsi 2026-cı ildə başa çatacaq.


SON XƏBƏRLƏR

19 Iyul 2025