Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məşhur futbolçu Kaan Ayhan arasında maraqlı dialoq baş tutub.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, “Tütün məmulatlarının zərərli təsirlərinin qarşısının alınması və onlara nəzarət haqqında Qanunun qəbulunun ildönümü ilə əlaqədar gənclərlə görüş” proqramında olub.
Belə ki, tədbirdə prezident Ərdoğanla yanaşı, idman dünyasının simaları da iştirak edib.
Ərdoğan millinin və “Qalatasaray”ın ulduz futbolçusu Kaan Ayhandan neçə uşağının olduğunu soruşub.
Ayhanın “iki” cavabını eşidən Ərdoğan, “Amma dayanmaq yoxdur, yola davam. Elə deyilmi?”.
Daha ətraflı videoda: