• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Vinisius millinin növbəti oyunlarını buraxacaq

İDMAN

19 Avqust 2025 | 09:43

Vinisius millinin növbəti oyunlarını buraxacaq

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior Braziliya millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Bakıvaxtı.az "Globo"ya istinadən xəbər verir ki, 25 yaşlı vinger DÇ-2026-nın seçmə mərhələsində Çili və Boliviya ilə matçlara dəvət almayacaq.

Yığmanın baş məşqçisi Karlo Ançelotti ona istirahət vermək qərarına gəlib. Vinisius istənilən halda Çili ilə görüşü buraxmalı idi. Çünki sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumdadır.

Qeyd edək ki, DÇ-2026-da iştirakı təmin edən Braziliya sentyabrın 5-də Çili, beş gün sonra ilə Boliviya ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

18 Avqust 2025