• Bakı 19° C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

"Arnold" 1 ay oynaya bilməyəcək

İDMAN

17 Sentyabr 2025 | 18:11

Arnold 1 ay oynaya bilməyəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Fransanın “Marsel” klubu ilə oyunda zədə alan İspaniyanın “Real Madrid” komandasının müdafiəçisi Trent Aleksander-Arnoldun durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sağ bud əzələsində zədə aşkarlanan futbolçunun təxminən 1 ay yaşıl meydandan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Real Madrid” – “Marsel” qarşılaşması “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR