Türkiyəli mütəxəssis Fateh Terim Çexiya milli komandasının baş məşqçisi təyin oluna bilər.
Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqların aparıldığı bildirilib.
O da vurğulanıb ki, 72 yaşlı məşqçi aylıq 100 min avro maaş tələb edir.
Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.