Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında üçüncü medalını qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət bədii gimnastika üzrə qrup komandası bu dəfə 3 top və 2 halqa ilə hərəkətlərdə fərqlənib.
Hakimlərdən 23.950 xal alan kollektiv fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qızıl medalı isə Ukrayna yığması əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın Universiadada 3-cü medalıdır. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası daha əvvəl çoxnövçülükdə və 5 lentlə hərəkətlərdə birinci yeri tutub.