“RB Leipzig”in hücumameyilli yarımmüdafiəçisi Xavi Simonsun agentləri oyunçunun mümkün yay transferi ilə bağlı “Arsenal”, “Çelsi” və “Tottenham” ilə danışıqlara başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hollandiyalı futbolçu 60 milyon avroya satıla bilər. Simons özü İngiltərədə oynamaqda maraqlıdır.
Ötən mövsüm Simons bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.