• Bakı 20° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Tofiq Musayev: “Döyüşün təxirə salınmasına imkan verə bilməzdim”

İDMAN

20 Iyun 2025 | 19:58

Tofiq Musayev: “Döyüşün təxirə salınmasına imkan verə bilməzdim”

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “UFC Fight Night: Hill vs Rountree Jr.” çərçivəsində Qırğızıstandan olan rəqibi Myktybek Oralbai ilə görüşünün 74,8 kq-da baş tutmasının səbəbini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, karyerası ərzində heç vaxt çəki salma prosesində problem yaşamadığını bildirib.

Döyüşçü həmişə bu prosesə məsuliyyətlə yanaşdığını vurğulayıb:

“Bu dəfə də hər şey plana uyğun gedirdi. Dünən axşam cəmi 900 qram salmalıydım. Amma UFC komandası bizimlə əlaqə saxladı və bildirdi ki, rəqib artıq çəkini salmağa davam edə bilmir. O, bütün gecəni həkimlərin nəzarətində olub. Gördüyünüz kimi, bu gün divizion limitindən 5 kiloqram artıq çəkidə idi. Onlar mənim fikrimi soruşdular, hətta döyüşü təxirə salmaq istədilər. Amma mən bu döyüşü qəbul etdim. Səhər yemək yedim, su içdim, ona görə də çəkim 73 kiloqramı keçdi.

Mən öz vətənimdə döyüşürəm. Bu, ölkəm üçün tarixi bir turnirdir. Bu döyüşün təxirə salınmasına imkan verə bilməzdim, nə UFC-ni, nə də azarkeşləri yarı yolda qoya bilməzdim. Axı hamı bu döyüşü gözləyir. Qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm", – deyə o bildirib/report


SON XƏBƏRLƏR