• Bakı 22° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Cavanşir Qurbanov dünyasını dəyişdi

İDMAN

21 May 2025 | 22:12

Cavanşir Qurbanov dünyasını dəyişdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, əməkdar bədən tərbiyəsi və idman xadimi 78 yaşında dünyasını dəyişib.

Cavanşir Qurbanov Cabir Novruz Mədəniyyət fondunun prezidenti,  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal rayon ağsaqqallar şurasının sədri olub.

O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 – 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.

Qeyd edək ki, Cavanşir Qurbanov nəğməkar-şair Cəlal Qurbanovun atasıdır.


SON XƏBƏRLƏR

21 May 2025