Bu gün Azərbaycan 2-ci liqasında mövsümə yekun vurulub.
Bakıvaxtı.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib. 2024/25 mövsümünün çempionu da məhz son turda - bu gün bəlli olub.
Lider "Şahdağ Qusar" "Dinamo" ilə qolsuz heç-heçə edib. Bununla da qusarlılar turnirin çempionu olublar.
Onların ən yaxın izləyicisi, 2-ci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşıb və 9:0 hesablı qələbə qazanıb. "Şahdağ Qusar" 72, "Şəfa" isə 71 xalla turniri başa vurub.
Bu gün həmçinin "Şəmkir" "Şəki Siti" ilə, "Araz-Saatlı" isə "Haypers Quba" ilə üz-üzə gəlib.
Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.