Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.
Bakıvaxtı.az "BoxingScene"yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb.
Tarixin ən yaxşı boksçularından hesab olunan N.Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.
Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib.