Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində bu gün daha iki görüş baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə "Şəki" evdə "Gəncə" ilə qarşılaşacaq.
Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da başlayacaq.
Tərəflər arasında ilk oyunda "Şəki" (85:84), ikinci matçda isə "Gəncə" (94:71) qələbə qazandığı üçün yarımfinala vəsiqənin sahibi üçüncü görüşdə müəyyənləşəcək.
Digər matçda "Abşeron" "Naxçıvan"la münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Komandalar arasında ilk oyunda "Naxçıvan" 88:83 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, daha əvvəl "Sabah" və "Neftçi" yarımfinala vəsiqə qazanıb.