• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Azərbaycan çempionatında ilk final oyunu keçiriləcək

İDMAN

22 Aprel 2025 | 09:10

Azərbaycan çempionatında ilk final oyunu keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu bu gün keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da start götürəcək.

Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.


SON XƏBƏRLƏR