• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Formula 1 Çin Qran Prisinin qalibi oldu

İDMAN

23 Mart 2025 | 15:30 | Müəllif: Gülşən Şərif

Formula 1 Çin Qran Prisinin qalibi oldu

 McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, yarış Şanxayda baş tutub.

Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.

Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.

Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026