Niderland millisinin sabiq hücumçusu Robin van Persi "Feyenoord"un yeni baş məşqçisi olacaq.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi keçidlə bağlı mütəxəssisin hazırda rəhbərlik etdiyi “Herenvern” komandası ilə razılığa gəlib. Onunla 2027-ci ilin iyun ayına kimi müqavilə imzalanacaq.
Robin van Persi futbolçu karyerasına “Feyenoord”da başlayıb. 41 yaşlı keçmiş oyunçu 2021-2024-cü illərdə Rotterdam təmsilçisinin gənclərdən ibarət komandalarını çalışdırıb.
Qeyd edək ki, hazırda "Feyenoord"ın baş məşqçi vəzifəsini Paskal Bosart icra edir. Klub onun rəhbərliyi altında İtaliya “Milan”ını məğlub edərək UEFA Çempionlar Liqasının 1/8 finalına yüksəlib.