Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqası oyunundan əvvəl mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilin ilk avrokubom matçına çıxacaqlarını bildirib:
"Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.