• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Yun Sok Yola dəstək mitinqində daha 56 nəfər həbs edilib

DÜNYA

22 Yanvar 2025 | 10:50

Yun Sok Yola dəstək mitinqində daha 56 nəfər həbs edilib

Cənubi Koreyada saxlanılan Prezident Yun Sok Yola dəstək üçün keçirilən mitinq zamanı zorakılıqda iştirakda ittiham olunan daha 56 nəfər saxlanılıb.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, etiraz aksiyaları Qərb Dairə Məhkəməsinin binası yaxınlığında keçirilib.

Ötən gün polis iğtişaşlarda şübhəli bilinən 58 nəfərin həbsi üçün order istəyib və məhkəmə onlardan 56-sını təsdiqləyib.

Onlar məhkəmə binasına soxulmaqda və vandalizmdə ittiham olunurlar.

Qeyd edək ki, polis artıq Seulun Qərb Dairə Məhkəməsi və Konstitusiya Məhkəməsindəki iğtişaşlarla əlaqədar 90 nəfəri saxlayıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025