• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Maska mişar hədiyyə etdi - VİDEO

DÜNYA

21 Fevral 2025 | 09:31

Maska mişar hədiyyə etdi - VİDEO

Argentina Prezidenti Xavyer Miley ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska zəncirli mişar hədiyyə edib.

Bakıvaxtı.az “The İndependent” nəşrinə istinadən xəbər verir ki, hadisə ABŞ-də keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) baş verib.

Maskla görüşən Miley öz ofisində olan mişarın eynisindən ona da təqdim edib.

Konfransda səhnəyə çıxan Mask mişarı Mileydən götürüb və başı üzərində yelləyərək qışqırıb: “Bu zəncir bürokratiya ilə mübarizə üçündür! Zəncirli mişar”.

Video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Argentina lideri özü də seçkilərdə öz seçki kampaniyasının simvolu kimi zəncirli mişardan istifadə edib.

Görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

21 Fevral 2025