"Nəzərinizə çatdırırıq ki, İrəvanda çətin hava şəraiti ilə əlaqədar Rusiyanın Ermənistandakı səfirinin avtomobili yol-nəqliyyat hadisəsi törədib".
Bakıvaxtı.az xəbər verir ki,bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
“Rusiya səfiri Kopırkin və sürücü yüngül xəsarətlər alıb. Onlara lazımi tibbi yardım göstərilib. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur", - deyə məlumatda qeyd edilir.
***00:50
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin avtomobil qəzasına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, qəza nəticəsində Kopırkin və sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
Kopırkinin vəziyyətinin qənaətbəxş olduğu iddia edilir.
Qəzaya səbəb kimi İrəvanda yolların buz bağlaması göstərilib.