• Bakı 22° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Cənubi Sudanın şimal-şərqinə aviazərbə endirildi

DÜNYA

23 Mart 2025 | 00:05

Cənubi Sudanın şimal-şərqinə aviazərbə endirildi

Cənubi Sudanın şimal-şərqindəki Yuxarı Nil ştatının Ulanq dairəsinə aviazərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Tamazuj” radiostansiyası məlumat yayıb.

Aviazərbə nəticəsində azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.

Hansı obyektin bombalandığı açıqlanmır.

Qeyd edilir ki, bu həftə sözügedən aviazərbə ikinci olub.

Aviazərbə Cənubi Sudan ordusu ilə Yuxarı Nildəki Ağ Nuer Ordusu (WNA) arasında artan gərginlik fonunda qeydə alınıb.


SON XƏBƏRLƏR

08 May 2025