“Teleqram”ın həmtəsisçisi Pavel Durov Fransa polisini sözügedən sosial şəbəkədəki yazışmaları ələ keçirmək cəhdində ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Keçən ay Fransa demək olar ki, şifrələməni qadağan etdi. Polisin şəxsi məlumatlara çıxışına şərait yaradan qanunu Senat qəbul edib. Xoşbəxtlikdən, bu, Milli Assambleyadan keçmədi. Hələ üç gün əvvəl Paris polisi yenidən öz mövqeyi bunu müdafiə etdi”.
O bildirib ki, Milli Assambleyanın üzvləri Fransanı dünyada öz vətəndaşlarını şəxsi toxunulmazlıq hüququndan məhrum edən ilk ölkə edəcək qanunu rədd etməklə müdrik davrandılar: “Hətta bir çox avropalıların azadlıqlardan məhrum hesab etdiyi ölkələr heç vaxt şifrələməni qadağan etməyiblər. Niyə? Çünki bazaya yalnız polisin daxil ola biləcəyinə zəmanət vermək texniki cəhətdən mümkün deyil. Digər tərəflər də bazadan istifadə edə bilər - xarici agentlərdən tutmuş hakerlərə qədər. Nəticədə qanuna tabe olan bütün vətəndaşların şəxsi mesajları təhlükə altına düşə bilər”.
P.Durov əlavə edib ki, “Teleqram” baza məlumatlarını girişin məhdudlaşdırılmasını aradan qaldırmaqdan və əsas insan hüquqlarını pozmaqdansa bazardan çıxmağı üstün tutur: “12 illik tarixində “Teleqram” heç vaxt bir bayt da olsun şəxsi mesajı açıqlamayıb. Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq, etibarlı məhkəmə qərarı ilə təmin olunarsa, “Teleqram” cinayətdə şübhəli bilinən şəxslərin mesajlarını deyil, yalnız IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq. Heç bir ölkə azadlıqların yavaş-yavaş aşınmasından sığortalanmayıb. Hər gün bu azadlıqlar hücuma məruz qalır və biz onları müdafiə etməliyik”.
“Teleqram”ın həmtəsisçisi bu yazdıqları ilə Fransanın xislətini bir daha ifşa etmiş oldu. Belə ki, özünü demokratik dövlət kimi təqdim edən Fransanın sosial media vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən yazışmalarını mənimsəməyə çalışması heç bir insan haqlarına uyğun deyil. Kolonializm siyasətindən, polis zorakılığından sonra bu, Fransa hakimiyyətinin demokratik ənənələrə hörmət etməməsinin növbəti bariz nümunəsidir./report